كونلومده وار مين آرزو مين بير ديلك، گل باريشاق نازلي ياريم كوسميك ، با هم اولاق بايرام گونو بيز گرك ، نوروز گونو اولسون سنه موبارك

könlümdə var min arzu minbir dilək , gəl barışaq nazlı yarım küsmüyək , bahəm olaq bayram günü biz gerək , novruz günü olsun sənə mübarək


بولودوز ياغار اولسون ، سولاريز آخار اولسون ، اوجاقيز يانار اولسون ، نوروزبايراميز موبارك اولسون

Buluduz yağar olsun . sularız axar olsun . ocağız yanar olsun . novruz bayramınız mübarək olsun


داها نه گؤزومه گؤرون، نه ده زنگ وير،سنين نه آديني ائشيتمك،نه ده اوزونو گؤرمك ايسته‌ييرم،آخي حكيم منه شيرين شئيلري قاداغان ائديب

Daha nə gözümə görün, nə də zəng vır , Sənin nə adını eşitmək , nə də üzünü görmək istəyirəm , Axı həkim mənə şirin şeyləri qadağan edib


آللاهيم من اؤزوم اوچون بير شئي ايستميرم،آما نه اولار قوربانين اولوم آنام اوچون خوشگيل حيالي گلين يئتير

Allahım mən özüm üçün bir şey istəmirəm , Amma nə olar qurbanın olum anam üçün xoşgil həyalı gəlin yetir


بير گول گؤندر حسرتيم اولسون،بير گولوش گؤندر درمانيم اولسون،بير نفس گؤندر اوميديم اولسون،بير ده اولسا 100ت شارژ گؤندر اؤلنلرين احساني اولسون

Bir gül göndər həsrətim olsun , bir gülüş göndər dərmanım olsun , Bir nəfəs göndər ümidim olsun , Bir də olsa 100t şarj göndər ölənlərin ehsanı olsun


سئويملي قيزسان سئوميشم سني ، سئومه گي اؤيره‌ديم سنده سئو مني

Sevimli qızsan sevmişəm səni , Sevməyi öyrədim sən də sev məni


بيلميرم سني سئومه گيمه اينانيرسان ، آنجاق سئوگيليم بيليرسن كي ، سئوگيمي سنه سؤزله دئيه بيلمه رم ، اونا گؤره يوز تومن شارژ گؤندر اس مس يازيم

Bilmirəm səni sevməyimə inanırsan. Ancaq sevgilim bilirsən ki, sevgimi sənə sözlə deyə bilmərəm, ona görə yüz tümən şarj göndər sms yazım


قاشلارين كماندير ، كيرپيگين اوخدور ، باغيشلا سئوگيليم دا شارژيم يوخدور

Qaşların kamandır , kirpiyin oxdur , Bağışla sevgilim da şarjım yoxdur


قارپيز لاريز آل اولسون ، پشمك لريز بال اولسون ، ياد ائيله ين دوست لاري ، گؤروم ائله ساغ اولسون

qarpızlarız alolsun , pəşəy ləriz bal olsun , yad eyliyən dostları , görüm elə sağ olsun


بولودوز ياغار اولسون ، سولاريز آخار اولسون ، اوجاقيز يانار اولسون . "چيلله گئجه نيز موبارك اولسون"

buluduz yağar olsun . sularız axar olsun . ocağız yanar olsun . ÇİLLƏ GECƏNİZ MÜBARƏK OLSUN


  • [ 1 ][ 2 ]