بو گئجه آلمیشام چیلله قارپیزی ... سالمیشام چایدانا یاشیل یارپیزی ... هر زادیم وار فقط یوخدو سئوگیلیم ... آللاهیم سن یئتیر ، من سئون قیزی
bu gecə almışam çillə qarpızı ... salmışam çaydana yaşıl yarpızı ... hər zadım var fəgət yoxdu sevgilim ... allahım sən yetir mən sevən qızı
بیر گون اولاجاق ، گون چیخاجاق ، داریخما ، گوللر آچاجاق ، یاز گلجك یوردا ، داریخما ! " چیلله گئجه نیز موبارك اولسون"
bir gün olacaq . gün çixacaq . darıxma … güllər açacaq yar gələcək yurda . darixma çillə gecəsi mübark olsun
گلیب یئتیشدی چیلله … بو آخشام منی دینله … چوخلو سئویرم سنی … هی دئمه سؤزدو دیلده
gəlib yetişdi çillə … bu axşam məni dinlə … çoxlu sevirəm səni … hey demə sözdü dildə
یئنه گلیب دی چیلله … یارا دئدیم كی دینله … قوی بیر اؤپوم من سنی … ویردی اوزومه سیلله
yenə gəlibdi çillə … yara dedim ki dinlə … qoy bir öpüm mən səni … vırdı üzümə sillə